Bu gün Türkiyə Superliqasında 2018-2019 mövsümünün qalibi müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, Fatih Terimin başçılıq etdiyi “Qalatasaray” öz meydanında “Başakşəhər”ə qalib gələrək tarixində 22-ci dəfə çempionluq kubokuna sahib çıxıb.
Qeyd edək ki, bu oyuna qədər həm “Qalatasaray”ın, həm də “Başakşəhər”in aktivində 66 xal var idi. Tərəflərdən hansı qalib gəlsəydi son turun nəticəsində asılı olmayaraq çempion olacaqdı ki, bunu da “cim-bom” bacardı.
19 may
“Qalatasaray” – “Başakşəhər” – 2:1
Qollar: Bajiç, 17 (0:1), Fequli, 47 (1:1), Onyekuru, 64 (2:1)