31 Yanvar 2025
Kateqoriyasız

APOEL UEFA-ya etiraz etdi: Türkiyəli hakimlər Lüksemburqa getməyəcək

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək “Düdelanj” – APOEL oyununa türkiyəli hakimlər briqadası təyinat almışdı.

İdmanxeber.az-ın məlumatına görə, Kipr klubunun etirazından sonra UEFA təyinatı dəyişdirib. Görüşü İtaliya Futbol Federasiyasından Canluka Rokki idarə edəcək. Ona həmyerliləri Giorgio Peretti və Giorgio Shenone köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Paolo Valeri yerinə yetirəcək.

Qeyd edək ki, APOEL rəhbərliyi təyinatdan sonra qərara rəsmi etiraz etmişdi. Onlar türkiyəli bir hakimin Avropa arenasında ilk dəfə Kipr klubunun matçına təyinatını qəbul etmədiklərini bildiriblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43