05 Fevral 2025
Kateqoriyasız

Elxan Məmmədov Kipr Futbol Assosiasiyasının prezidenti ilə görüşdü

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Kipr Futbol Assosiasiyasının rəsmiləri ilə görüşüb.

Assosiasiyanın prezidenti Giorqos Kumasın iştirakı ilə ötən gün federasiya nümayəndələri arasında görüş keçirilib.

Azərbaycan yığması Millətlər Liqasının 2-ci turunda bu gün səfərdə Kiprlə qarşılaşacaq. Nikosiyadakı GSP stadionunda keçiriləcək görüş saat 22:45-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43