“Keşlə” heyətini yeni futbolçu ilə gücləndirib.
Paytaxt təmsilçisi 28 yaşlı yarımmüdafiəçi Sadio Tounkara ilə müqavilə imzalayıb. Məlumatı klubun saytı yayəb.
Daha əvvəl ölkəmizdə “Xəzər Lənkəran”, AZAL, “Zirə”, həmçinin Kiprin “EN Paralimniou” və Estoniyanın “Narva Trans” klublarında çıxış etmiş malili futbolçu mövsümün sonuna qədər “Keşlə”nin formasını geyinəcək.