27 Dekabr 2024
İdman

“Ölə bilərəm” – rusiyalı idmançı

Tokio Yay Olimpiya Oyunlarında rus tennisçi Daniil Medvedev Fabio Fonini ilə görüşdə çətin vəziyyətlə üzləşib.

Dünya reytinqinin ikincisi isti hava şəraitinə görə matçın gedişində iki dəfə həkim çağırmalı olub.

Həkim Medvedevdən yaxşı olub-olmadığını soruşduqda o, “bu oyunu başa çatdıra bilərəm, amma sonda ölə də bilərəm. Mən ölsəm, kimsə məsuliyyət daşıyacaq” deyə cavab verib.

Qeyd edək ki, ikinci setdən sonra oyunçular ekstremal istilik şəraiti ilə bağlı qaydalarda nəzərdə tutulduğu kimi 10 dəqiqəlik fasiləyə yollanıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43