Xəbər verdiyimiz kimi, bu gün Cüdo Federasiyasında növbədənkənar seçkisi keçirilib. Seçki Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.
İdmanxeber.az-ın məlumatına görə, seçkinin nəticəsinə əsasən, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Cüdo Federasiyasının yeni prezidenti olub.
Qeyd edək ki, nazir bu postda Rövnəq Abdullayevi əvəz edib. R.Abdullayev 2015-ci ildən federasiyaya rəhbərlik edirdi.
qafqazinfo.az