Kateqoriyasız

“Qarabağ”ın rəqibi onu tapan şəxsə 100 min avro verəcək

Kiprin “Omoniya” klubunun vitse-prezidenti Dmitris Qriqorisə qarşı hücumu təşkil edən adamı tapmaqda köməklik göstərən şəxsə 100 min avro mükafat verəcək.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın Konfrans Liqasındakı rəqibi sui-qəsdçi barədə hər hansı məlumata sahib olan şəxslərdən kluba müraciət etməsı xahiş edib. “Omoniya” məlumatların anonimliyinin qorunacağına təminat verib.

“Qarabağ” H qrupundakı ikinci oyununu Kiprdə “Omoniya”ya qarşı keçirib və 4:1 hesablı qələbə qazanıb. Komandalar arasında Bakıda keçiriləcək ikinci qarşılaşma noyabrın 25-də olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43