Ölkə futbolu

“Səbail”də son durum

“Səbail” Premyer Liqanın 32-ci turu çərçivəsində səfərdə “Sabah”la üz-üzə gələcək.

İdmanxeber.az-a verilən məlumata görə, “Dənizçilər” bu görüşə itkilərlə çıxacaq. Belə ki, komandanın müdafiəçisi Adi Mehremiç cəzası səbəbindən bu matçda iştirak edə bilməyəcək.

Zədəli olan David Qomis də “Sabah”a qarşı mübarizəni kənardan izləyəcək

“Sabah” – “Səbail” qarşılaşması bu gün saat 18:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43