Ölkə futbolu

“Sabah” “Səbail”i məğlub etdi- YENİLƏNİB

Azərbaycan Premyer Liqasında 32-ci tura start verilib.

İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib.  “Sabah” evdə “Səbail”lə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Bu qələbə ilə xalını 49-a çatdıran “Sabah” turnir cədvəlində 3-cü pilləyə yüksəlib.

Qeyd edək ki, turun digər matçları 28 və 29 mart tarixlərində oynanılacaq. 

32-ci tur

27 aprel (şənbə)

18:00. “Sabah” – “Səbail” – 2:0

Qol: Con İrasabal, 22, Cesse Sekidika, 39 
“Bank Respublika Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43