Kateqoriyasız

UEFA Konfrans Liqasında ilk finalçı bəlli olacaq

Bu gün UEFA Konfrans Liqasında ilk finalçı bəlli olacaq.

İdmanxeber.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında Belçikası “Brügge”si doğma meydanda İtaliyanın “Fiorentina” klubunu qəbul edəcək.

Bakı vaxtı ilə saat 20:45-də start götürəcək görüşü türkiyəli FIFA referisi Halil Umut Meler idarə edəcək. Komandalar arasındakı ilk oyunda İtaliya təmsilçisi 3:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bu raundun digər cavab qarşılaşması mayın 9-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43