“Araz Naxçıvan” baş məşqçisi Elmar Baxşıyev barədə qərarını verib.
İdmanxeber.az-a verilən məlumata görə, Naxçıvan təmsilçisi təcrübəli mütəxəssislə yoluna davam edəcək. Ötən ay Baxşıyevlə 2 ay +1 ilik sözləşmə bağlayan rəhbərlik məşqçinin işindən razıdır. Onunla imzalanan mövcud müqavilə qüvvəyə minəcək.
Xatırladaq ki, Elmar Baxşıyev “Qəbələ” ilə uğursuz gedişatın ardından istefa vermişdi.