Dünya futbolu

“Borussiya”nın yenidən finalda olması vacibdir”

“Borussiya”nın yarımmüdafiəçisi Marko Roys Çempionlar Liqasının 1/2 final mərhələsinin cavab oyununda PSJ üzərində qazanılan qələbəni (1:0) şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu nəticənin özləri üçün möhtəşəm olduğunu bildirib:

“On ildən çox vaxt keçdikdən sonra mən “Borussiya” ilə finalda qayıdıram. Osman Dembele və Əşraf Hakimi yüksək sürətlə oynadılar və bu, bizim üçün çətin oldu. Sabah heç kim xatırlamayacaq və soruşmayacaq ki, biz necə qalib gəldik. “Borussiya”nın yenidən finalda olması vacibdir. Bunu heç kim gözləmirdi. Bu, sadəcə olaraq inanılmazdır”.

Dortmun klubu PSJ ilə hər iki oyunda qalib gələrək (1:0, 1:0) ÇL-in final mərhələsinə vəsiqə qazanıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43