Dünya futbolu

“Çelsi” 17 yaşlı futbolçu ilə anlaşdı

“Çelsi” “Palmeyras”ın yarımmüdafiəçisi Estevan Villian ilə razılığa gəlib.

İdmanxeber.az-ın məlumatına görə, londonlular yaxın vaxtlarda təxminən 32 milyon avro təzminat ödəyəcək. 17 yaşlı braziliyalı “Palmeyras”ın heyətində 17 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Transfermarkt portalı onun dəyərini 10 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43