“Real”ın baş məşqçisi Karlo Ançelotti Arda Gülerin komandada qalacağını bildirib.
İdmanxeber.az xəbər verir ki, 64 yaşlı mütəxəssis “Onun qeyri-adi qabiliyyəti var. Arda gələcək üçün layihəmizin mühüm hissəsidir” – deyə, vurğulayıb.
“Real” Arda güleri mövsümün əvvəlində “Fənərbağça”dan transfer edib. 19 yaşlı futbolçu Madrid təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 2 qol vurub.