Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov gənclərə və idmançılara bayram təbriki ünvanlayıb.
O, “Twitter” hesabında yaydığı paylaşımda bunları qeyd edib:
“Əziz gənclər və idman ailəsi, sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm!
İnanıram ki, birgə fəaliyyətimizlə qarşıya qoyulan hədəflərə doğru 2022-ci il daha səmərəli və uğurlarla zəngin bir dövr olacaqdır”.