“Qəbələ” “Səbail”dən ayrılan, Yunanıstan 1-ci liqasında mübarizə aparan “Olimpiakos”(Volou) klubuna keçəcəyi gündəmdə olan Turan Manafovu heyətinə qata bilər.
Klubun baş meneceri Nail Əliyev İdmanxeber.az-a bildirib ki, futbolçu ilə danışıqlar gedir və bu transferin gerşəkləşmə ehtimalı var.
U-21 yığmamızın sabiq üzvünün isə hansı qərarı verəcəyi sual altındadı.