“Neftçi” qış fasiləsində növbəti transferini reallaşdırıb.
Braziliyalı cinah yarımmüdafiəçisi Gilyerme Pato ilə 2,5 illik müqavilə bağlanıb. Məlumatı klubun saytı yayıb.
20 yaşlı futbolçu komandanın heyətində 77 nömrəli formanı geyinəcək.
“İnternasional” (2020-2021; 6 oyun, 1 qol) klubunun yetirməsi olan Pato “Ponte Preta” (icarə, 2020; 33 oyun, 4 qol) və “Kuyaba”da (2021, 9 oyun) çıxış edib.
“Neftçi” bundan əvvəl müdafiəçi Azər Salahlı və yarımmüdafiəçi Eddi İsrafilovu transfer edib.