“Qarabağ”ın Antalya toplanışındakı yoxlama oyunlarının proqramında dəyişiklik edilib.
İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 25-də “Tatran”la keçirilməsi nəzərdə tutulan oyun baş tutmayacaq.
Buna səbəb Slovakiya klubunun Antalya toplanışına gəlməməsidir. Bu səbəbdən “Qarabağ” Çexiyanın “Bohemians” klubu ilə qarşılaşacaq. Həmin gün “Qarabağ” Polşanın “Visla Krakov” klubu ilə də üz-üzə gələcək. “Bohemians”la matç Bakı vaxtı ilə 12:00-da, “Vilsa Krakov”la oyun isə 18:00-da başlayacaq. “Qarabağ” bu görüşlərdə fərqli heyətlərlə oynayacaq.