Türkiyənin “Qalatasaray” klubu daha bir futbolçusu ilə yolları ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, “Cim-Bom” 28 yaşlı müdafiəçi Yedlinlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Yedlinin karyerasına ABŞ-da davam edəcəyi gözlənilir. Amerikalı oyunçu ilə “İnter Mayami” klubu yaxından maraqlanır.
“Qalatasaray”da bundan əvvəl Qustavo Enrike (Qustavo Assunçao) ilə yollar ayrılıb.