“Qarabağ”ın bu gün Polşanın “Visla Krakov” klubu ilə yoxlama oyununun vaxtında dəyişiklik edilib.
Görüş əvvəlcədən qeyd edildiyimi kimi 18:00-da deyil, 15 dəqiqə tez – 17:45-də baş tutacaq. İki komanda arasında əldə edilmiş razılığa əsasən, hazırlıq oyunu 3 hissədən ibarət olacaq.
Qeyd edək ki, “Qarabağ”ın Çexiyanın “Bohemians” klubu ilə yoxlama oyunu Antalyaya qar yağması səbəbindən ləğv olunub.