24 Dekabr 2024
Kateqoriyasız

“Marsel” – “Qarabağ” matçı neytral meydanda?

Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Fransada keçiriləcək “Marsel” – “Qarabağ” matçı neytral ölkədə oynanıla bilər.

İdmanxeber.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, buna səbəb “Qarabağ”ın futbolçularına vurulmuş peyvəndlərin Fransada qəbul olunmamasıdır.

Bildirilib ki, UEFA ilə Fransa rəsmiləsi bununla bağlı danışıqlar aparır və oyunçular üçün güzəşt edilməsinə çalışır. Razılıq əldə olunmasa, UEFA-nın qaydalarına uyğun olaraq, qarşılaşma neytral ölkədə keçirilə bilər.

Qeyd edək ki, “Qarabağ”ın “Marsel”lə ilk oyunu fevralın 17-də səfərdə, cavab görüşü isə fevralın 24-də Bakıda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43