22 Dekabr 2024
Kateqoriyasız

Emre Belözoğludan yeni Mahir açıqlaması: ” Biz tezliklə qərar qəbul etməli idik”

“Biz əslində Mahir Emrelini komandamızda görmək istəyirdik. Ancaq onun “Legiya” ilə problemi var idi”.

İdmanxeber.az “CNNTURK”ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin “Başakşeher” klubunun baş məşqçisi Emre Bələzoğlu deyib.

O, Azərbaycan millisinin bu gün “Dinamo” (Zaqreb) ilə müqavilə imzalayan futbolçusu Mahir Emrelini transfer edə bilməmələrindən danışarkən daha sonra sözlərinə belə davam edib:

“Yolların ayrılma prosesi uzun çəkdi. Biz isə tezliklə qərar qəbul etməli idik. Yanvar qış transferi üçün asan ay deyil. Bizə kömək edəcəyinə inandığımız oyunçu idi. Lakin hazırkı məqam üçün bu transfer baş tutmadı”.

Qeyd edək ki, Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə 4,5 illik müqavilə bağlayıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43