22 Dekabr 2024
Kateqoriyasız

“Sabah” qalmaqallı oyunla bağlı AFFA-ya müraciət etdi

“Sabah” Azərbaycan kubokunun ¼ final mərhələsinin “Neftçi” ilə keçirilən cavab matçının hakimliyindən və oyun ərzində verilən digər qərarlardan narazıdır.

Məhz buna görə də klub AFFA-ya rəsmi şəkildə müraciət edib. Paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov İdmanxeber.az-a bildirib ki, son oyunda hakim idarəçiliyi ilə bağlı Hakimlər Komitəsinə və İntizam Komitəsinə müraciət edilib.

Xatırladaq ki, “Sabah” – “Neftçi” görüşünü idarə edən Rəvan Həmzəzadə  “Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayevi və komandanın qapıçısı Səlahət Ağayevi qırmızı vərəqə verərək meydandan qovub. Bu azmış kimi  “Sabah”ın baş məşqçisi Murad Musayevi də texniki zonadan kənarlaşdırılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43