21 Dekabr 2024
Ölkə futbolu

“Neftçi”nin riskliləri: Emin, Laval, Mbodj…

Premyer Liqanın 16-cı turu çərçivəsində “Neftçi” “Keşlə”ni qonaq edəcək.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a bildirilib ki, hazırda heyətdə zədəli və cəzalı futbolçu yoxdu. Lakin 3 futbolçu – Mamadu Mbodj, Yusuf Laval və Emin Mahmudov “Keşlə” ilə oyunda diqqətli olmalıdı. Bu futbolçuların hər birinin 3 sarı vərəqəsi var. Onlardan hər hansı biri “Keşlə” ilə oyunda cəzalansa 17-ci turda “Sabah”la prinsipial matçda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, “Neftçi” – “Keşlə” matçı fevralın 19-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43