“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Dünən də demişdim ki, “Marsel”in yaxşı baş məşqçisi və fərdi keyfiyyətləri yüksək olan oyunçuları var. Məni daha çox narahat edən məqam da rəqibin oyunçularının ustalıq səviyyəsinin yüksək olması idi”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Marsel”lə oyundan sonra deyib.
O, Bakıdakı cavab matçında azarkeşləri sevindirmək istədiklərini bikdirib:
“Bəlkə də, bu gün həmin elementlərə görə uduzduq. Amma futbolçularım oyunundan tam razı qaldım. Bəzi diqqətsizliklər oldu. “Marsel” kimi komanda da bunlardan ustalıqla istifadə edə bilir. Dünən də demişdim ki, çalışacağıq, layiqli oyun göstərək. Çoxlarınız razı olacaqsınız ki, biz bunu bacardıq. Səfərdə oynasaq da, çox yaxşı oyun göstərdik.
Bakıda bundan da yaxşı oynamağa çalışmalıyıq. Artıq rəqibi daha da yaxından tanıdıq. Bakıdakı matçda ən azından azarkeşləri həyəcanlandırıb, onlar üçün daha yaxşı oyun göstərməyə çalışacağıq”.