“Bizim üçün çətin oldu, çünki “Qarabağ” oynamağa imkan vermədi”.
İdmanxeber.az-ın məlumatına görə, “Marsel”in baş məşqçisi Xorxe Sampaoli Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edərkən deyib.
Argentinalı mütəxəssis 3:1 hesablı qələbə haqda daha sonra bunları deyib:
“Birinci hissə ağır keçdi. İkinci yarıda isə ümumiyyətlə oynaya bilmədik. Kollektiv şəkildə zəif oynadıq. Arkadiuş Milikin oyundan çıxarkən mənfi jestini görmədim. Məni maraqlandıran onların oynadıqları dəqiqələrdir. Çünki qarşıda vacib oyunlarımız var”.
Bu komandalar arasında cavab görüşü fevralın 24-də Bakıda baş tutacaq.