“Yuventus”un iki futbolçusu Çempionlar Liqasının 1/8 final mərhələsində “Vilyarreal”la qarşılaşmanı buraxacaq.
İdmanxeber.az-ın məlumatına görə, söhbət Paulo Dibala və Daniel Ruqanidən gedir. Hər iki futbolçu zədəli olduğundan ispanlarla oyunda Turin klubuna kömək edə bilməyəcək.
Qeyd edək ki, “Vilyarreal” – “Yuventus” matçı fevralın 22-də baş tutacaq.