22 Dekabr 2024
Kateqoriyasız

Gözlənilən qərar verildi – Premyer Liqamızda bu qadağa ləğv olundu

Peşəkar Futbol Liqası KİV nümayəndələrinin oyunlardan sonra futbolçulardan açıqlama almaqla bağlı yaranmış problemlərini nəzərə alaraq UEFA-nın “Futbola qayıdış” protokoluna əsasən mövcud təlimatlarda dəyişiklik edib.

İdmanxeber.az qurumun saytına istinadən xəbər verir ki, belə ki, oyundan sonra hər iki komandanın baş məşqçisinin iştirakı ilə keçirilən mətbuat konfransının ardınca hər klubun meydançada olmuş ən azı 1 futbolçusunun (say jurnalistlərlə klubların mətbuat xidmətinin rəhbərinin razılığı ilə artırıla bilər) stadionun konfrans zalı otağında, pandemiya qaydalarını qorumaq şərtilə KİV nümayəndələri üçün açıqlama verməsi tövsiyə olunur.

Qeyd edək ki, açıqlama verəcək futbolçunun kimliyini klubların mətbuat xidməti müəyyənləşdirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43