23 Dekabr 2024
Kateqoriyasız

“Ukraynaya və qəhrəmanlarına eşq olsun!” – Rəhimova

Azərbaycan millisinin ukraynalı keçmiş voleybolçusu Polina Rəhimova şəxsi “feysbuk” hesabından Rusiyanın Ukraynaya qarşı olan təcavüzü ilə bağlı paylaşım edib.

İdmanxeber.az-ın məlumatına görə, o, hər şeyin tezliklə bitəcəyinə ümid etdiyini bildirib:

“Biz 3-cü dünya müharibəsinin selini dayandıracağıq. Ümid edirəm ki, hər şey tezliklə bitəcək. Ukraynaya və qəhrəmanlarına eşq olsun! Bütün dünya bizimlədir. Bunun üçün təşəkkür edirəm. Bizə köməyə davam edin”.

Rəhimova 2007-2020-ci illərdə Azərbaycan millisinin formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43