Boks üzrə gənclərdən ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub.
İdmanxeber.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, bu post Elbrus Rzayevə həvalə edilib.
Bunadək qadınlardan ibarət yığmada baş məşqçi vəzifəsini yerinə yetirən mütəxəssis bu gündən işinin icrasına başlayacaq.
Rzayevin ilk sınağı 10-22 apreldə Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatına təsadüf edəcək.