“Bizim üçün çox önəmli qələbə idi. Axırıncı oyunlarda yaxşı futbol sərgiləyirdik, sadəcə nəticə yox idi. Son dəqiqələrdə qələbə qazanmaq həm xal, həm də mental baxımdan bizim üçün önəmli idi”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev “Keşlə”yə qalib gəldikləri oyundan sonra deyib.
O, daha sonra ikinci hissədə zədələnən Elvin Camalovun durumu haqda danışıb:
“Qaşı açılıb, beyin silkələnməsi var. Tibbi baxış lazımdı ki, onun hansı müddətə bizimlə olmayacağını dəqiqləşdirək”.