22 Dekabr 2024
Kateqoriyasız

Milli Maltaya uduzdu

Miloimiz bu gün yoldaşlıq oyununda qüvvəsini sınayıb. 

İdmanxeber.az xəbər verir ki, yığmamız Malta ilə qarşılaşıb. Maltanın Ta Qali şəhərindəki Milli Stadionda oynanılan görüşdə millimiz 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, Azərbaycan növbəti yoldaşlıq oyununu martın 29-u Latviyaya qarşı keçirəcək.

25 mart

Yoldaşlıq oyunu

22:00. Malta – Azərbaycan – 1:0 

Qol: Deqabriele, 55
Baş hakim: Alexandro Ernandes (İspaniya)
Malta. Ta Qali şəhəri. Milli Stadion.

Heyətlər:

Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 5. Maksim Medvedev (k), 6. Höccət Haqverdi, 8. Emin Mahmudov, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 14. Eddi İsrafilov, 18. Filip Ozobiç, 22. Aleksey İsayev

Əvəzlənən oyunçular: Abbas Hüseynov (Dimitri Nazarovla əvəzləndi, 66), Filip Ozobiç (Toral Bayramovla əvəzləndi, 76), Maksim Medvedev (Renad Dadaşovla əvəzləndi, 76), Ramil Şeydayev (Amin Seyidovla əvəzləndi, 79), Emin Mahmudov (Rüstəm Əhmədzadə ilə əvəzləndi, 64), Aleksey İsayev (Bədavi Hüseynovla əvəzləndi, 64)

Malta: 1. Anri Bonello, 3. Rayan Kamenzuli, 4. Stiv Borq, 5. Andrey Aqius (k), 6. Mettyu Giyomye, 7. Cozef Mbonq, 8. Brandon Payber, 14. Aleksander Satariano, 17. Teddi Teuma, 18. Yurge Deqabriele, 23. Jan Borq

Əvəzlənən oyunçular: Andrey Aqius (Zak Muskatla əvəzləndi, 42), Yurgen Deqabriele (Lyuk Montebello ilə əvəzləndi, 65), Brandon Peyber (Dancten Bella ilə əvəzləndi, 81), Aleksander Satariano (Stiven Pizani ilə əvəzləndi, 87), Jan Borq (Ferdinando Apapla əvəzləndi, 88)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43