DÇ-2022-nin seçmə mərhələsində Qana ilə oyunda qələbə qazana bilməyən və bununla da mundialdan kənarda qalan Nigeriya millisinin azarkeşləri qarşılaşmadan sonra stadiona daxil olublar.
İdmanxeber.az-ın məlumatına görə, Nigeriya millisi 2006-cı ildən sonra ilk dəfə dünya çempionatının final mərhələsində kənarda qalıb.
Bununla barışmayan nigeriyalı fanatlar oyundan sonra stadionda hər şeyi məhv etməyə başlayıb. Polis azarkeşləri sakitləşdirmək üçün gözyaşardıcı qazdan istifadə etməli olub.