Azərbaycan millisinin qapıçısı Emil Balayevin formasını geyindiyi Qazaxıstanın “Turan” klubunun baş məşqçi postunda dəyişiklik baş tutub.
İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Türküstan təmsilçisi Vladimir Qazzayevlə yollarını ayırıb. Rusiyalı mütəxəssis ailəvi problemləri olduğunu əsas gətirərək klubla müqaviləsinə xitam verilməsini istəyib.
Qazaxıstan klubu da Qazzayevin ailə problemlərini anlayışla qarşılayaraq müqaviləyə xitam verib. “Turan” onun rəhbərliyi altında Qazaıxstan Premyer Liqasında 3 turdan sonra cəmi 1 xal qazanaraq, turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Balayevin yeni baş məşqçisinin adı da artıq məlumdu. Belə ki, 34 yaşlı Kuanış Kabdulov Türküstan klubuna baş məşqçi təyin edilib. O, “Atırau”da 11 il çalışıb.