“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, “cim-bom” “AZ Alkmaar”ın yarımmüdafiəçisi Fredrik Midtşyönü heyətinə qatıb. Norveç millisində də çıxış edən 29 yaşlı futbolçu bu gün axşam İstanbula gələcək.
Qeyd edək ki, Fredrik Midtşyö ötən mövsüm Niderland Erediviziyasında 29 oyuna çıxıb və 5 məhsuldar ötürmə edib.