“Qalatasaray” heyətini daha bir futbolçu ilə gücləndirməyə yaxındır.
İdmanxeber.az Britaniya mətbuatına istinadən xəbər verir ki, “Arsenal”da çıxış edən Lukas Torreya İstanbul klubuna keçə bilər. Futbolçunun Türkiyə təmsilçisinin illik 3 milyon avrodan 3+1 illik müqavilə təklifinə müsbət cavab veridiyi vurğulanıb.
26 yaşlı oyunçu 2018-ci ildə 28,6 milyon avro qarşılığında İtaliyanın “Sampdoria” klubundan “topçular”a keçib. O, daha sonra icarə əsasında “Atletiko” və “Fiorentina” komandalarında çıxış edib. Torreyra ötən mövsüm 35 oyunda 5 qol və iki məhsuldar ötürmə edib.