22 Oktyabr 2024
Dünya futbolu

Macarıstanlı futbolçu “Qarabağ”a qarşı oynamaq istəyir

Almaniyanın “Frayburq” klubunun futbolçusu Roland Şallai “Kicker” nəşrinə açıqlamasında Bakıdakı görüşdə meydana çıxmaq istədiyini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda Azərbaycan təmsilçisi ilə qarşılaşacaq komandanın 25 yaşlı macarıstanlı futbolçusu bunları deyib:

“Bu barədə baş məşqçi ilə danışmışam. Heyətdə yer alacağıma və ən azı 10-15 dəqiqə oynayacağıma ümid edirəm. Uzunmüddətli fasilədən sonra bundan artığını etmək çətindir”.

Qeyd edək ki, noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43