Kateqoriyasız

Ayxan Abbasov çıxış yolu axtarır: 3 legioner, 1 yerli

Misli Premyer Liqasının 13-cü turu çərçivəsində “Şamaxı” ilə qarşılaşacaq “Turan Tovuz” matça ciddi itkilərlə çıxacaq.

Klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev İdmanxeber.az-a bildirib ki, öncədən də zədəsi olan Ehtiram Şahverdiyev, Dao Ben Aziz və Piruzi Marakvelidze “Şamaxı” ilə matçı buraxacaq. “Sumqayıt”la matçda sıradan çıxan və dünən MRT müayinəsindən sonra zədəsinin ciddi olduğu müəyyənləşən Natan Oduvanın da bu görüşdə iştirak etməyəcəyi bildirilib.

Qeyd edək ki, “Turan Tovuz” – “Şamaxı” qarşılaşması noyabrın 4-də, saat 15:00-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43