Kateqoriyasız

“Qarabağ”ın oyununa baxmaq adama zövq verir” – “Frayburq”un baş məşqçisi

“Frayburq”un baş məşqçisi Kristian Ştrayx Avropa Liqaaının qrup mərhələsinin VI turunda “Qarabağ”a qarşı keçirəcəkləri matçdan əvvəl mətbuat konfransında fikirlərini bildirib.

İdmanxeber.az xəbər verir ki, təcrübəli mütəxəsssis sabahkı oyun barədə bunları deyib:

“Hələ kimin oynaması barədə heç nə deyə bilmərəm. Qapı mövqeyində də dəyişiklik ola bilər. 27 futbolçumuzun hamısı çox yaxşıdır. Kimin oynaması yox, necə oynamağımız əhəmiyyətlidir. Azərbaycanda heç vaxt olmamışam. Buraya getdiyim üçün çox sevinirəm. Bakıdakı matçda qalib gəlmək istəyirik.

“Qarabağ” çox yaxşı komandadır. 2008-ci ildən Qurban Qurbanov orada baş məşqçidir. Bu da çox böyük üstünlükdür. Onların güclü hücumçuları var. Buna diqqət yetirmək lazımdır. “Qarabağ”ın oyununa baxmaq adama zövq verir. Bunu Frayburqdakı ilk oyunda gördük. Yaxşı ki, evdə 2:1 hesablı qələbə qazandıq. Həmin qələbə növbəti görüşlər üçün çox yaxşı idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43