Ölkə futbolu Premyer Liqa

Baş məşqçi tələb etdi, rəhbərlik söz verdi

Ötən tur “Qəbələ” üzərində qazanılan qələbənin ardından “Kəpəz” sona 4 tur qalmış Premyer Liqada qalmağı rəsmiləşdirdi.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə klubunun baş məşqçisi Adil Şükürov komanda üzvlərinin performansından razı olduğunu klub rəhbərliyinə bildirib. Təcrübəli çalışdırıcı bu heyətin qorunmalı olduğunu, yeni mövsümdə də hazırkı futbolçuları sərəncamında görmək istədiyini klubun İdarə Heyətinin sədri İlqar Nadiriyə bildirib. Klub rəhbərliyi də məşqçilər korpusunun bu qərarını dəstəkləyib və bu məsələnin maksimum həlli üçün çalışacağını Şükürova bildirib.

Qeyd edək ki, daha öncədən bir neçə legioner futbolçunun yayda “Kəpəz”dən ayrılacağı gözlənilirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43