22 Oktyabr 2024
Kateqoriyasız

De Byazi jurnalistlərin suallarını cavablandıracaq

Noyabrın 16-da, saat 21:00-da, Kişinyovda keçiriləcək Moldova – Azərbaycan beynəlxalq yoldaşlıq oyunu ərəfəsində hər iki komandanın keçirəcəyi mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı məlum olub.

İdmanxeber.az xəbər verir ki, tədbirlər matçdan bir gün əvvəl – 15 noyabrda olacaq.

Əvvəlcə Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi media nümayəndələri ilə görüşəcək.

Azərbaycan milli komandası

15 noyabr
Saat 17:30. Mətbuat konfransı
Saat 18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Zimbru stadionu)

Moldova milli komandası

15 noyabr
Saat 19:45. Mətbuat konfransı
Saat 19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Vadul lui Voda)

Qeyd: Tədbirlərin saatı yerli vaxtla göstərilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43