Belçika çempionatının 22-ci turunun oyunları keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Gent” səfərdə “Sent-Trüden”lə qarşılaşıb. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Aktivində 38 xalı olan “Gent” turnir cədvəlində 4-cü pillədədir.
“Qarabağ” – “Gent” görüşü fevralın 16-da Bakıda, cavab qarşılaşması 24-də Belçikada oynanılacaq.