Əlcəzairli futbolçu Yassin Benzia karyerasını Azərbaycanda davam etdirə bilər.
İdmanxeber.az xəbər verir ki, bu barədə nüfuzlu “Lequipe” nəşri məlumat yayıb. Bildirilir ki, 29 yaşlı yarımmüdafiəçi “Qarabağ”la müqavilə bağlamağa yaxındır. Ağdam təmsilçisi oyunçuya 2,5 illik sözləşmə təklif edib.
Fransanın II liqa təmsilçisi “Dijon” klubunda çıxış edən Benzia cari mövsüm komandasının heyətində meydana çıxmayıb.
O, Fransada “Lion”, “Lill”, Yunanıstanda “Olimpiakos”, Türkiyədə “Fənərbağça” və “Hatayspor” klublarının formasını geyinib.