Kateqoriyasız

“İki il əvvəl Azərbaycana getmək istədiyimi soruşsaydılar, dəli olduqlarını deyərdim”

Qış transfer dönəmində “Sumqayıt”dan ayrılan portuqaliyalı futbolçu Filipe Çabi instagram hesabından paylaşım edib.

İdmanxeber.az-ın məlumatına görə, ölkəsinin  “Belenenseş” klubu ilə müqavilə imzalayan 29 yaşlı yarımmüdafiəçi səhifəsində bunları yazıb:

“İki il əvvəl Azərbaycana getmək istədiyimi soruşsaydılar, dəli olduqlarını deyərdim. Mənim üçün yaxşı təcrübə oldu. Əla şəraitə malik klubla və özümü rahat hiss etməyim üçün hər şeyi edən inanılmaz insanlarla tanış oldum. Mənə Portuqaliyadan kənarda ilk təcrübəmi yaşamaq imkanı verdiyi üçün “Sumqayıt”ın prezidenti Riad Rəfiyevə təşəkkür edirəm. Ancaq indi vidalaşmaq və başqa macəraya başlamaq vaxtıdır. Təşəkkürlər, “Sumqayıt”.

Ötən ilin yayında “Sumqayıt”a keçən Çabi “kimyaçılar”la Premyer Liqada 15 oyuna çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43