Dünya futbolu

“Real” Luninin müqaviləsini uzadır

”Real”la Andrey Luninlə müqavilə uzatmaq barədə razılığa gəlib.

İdmanxeber.az “The Athletic”ə istinadən məlumat verir ki, “kral klubu” ukraynalı qolkiperlə 2028-ci ilin yayına qədər yeni sözləşmə imzalayacaq. 25 yaşlı qapıçının hazırki müqaviləsi gələn ilin yayında bitirdi. Onunla bəzi Premyer Liqa komandaları yaxından maraqlanırdı.

Kurtuanın yoxluğunda əsas qapıçıya çevrilən Lunin bu mövsüm 29 oyuna çıxıb və 12 oyunda qapısını qola bağlaya bilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43