26 Noyabr 2024
Dünya futbolu

“Tottenhem” uddu, Son ikinci oldu

İngiltərə Premyer Liqasının 24-cü turunda “Tottenhem” evdə “Vest Xem”i qəbul edib.

İdmanxeber.az-ın məlumatına görə, ev sahibi komanda görüşdən 2:0 hesabı ilə qalib ayrılıb. Komandanın ikinci qolunu Hın Min Son vurub. Cənubi koreyalı bununla da klub tarixində ən çox qol vuran ikinci oyunçu olub.

Qollarının sayını 98-ə çatdıran Son London təmsilçisinin üzvü Terri Şerinqemi qabaqlayaraq ikinci sıraya yüksəlib.

“Tottenhem”in ən çox qol vuran oyunçusu  Herri Keyndir. Onun aktivində 200 qol var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43