Müsahibə Ölkə futbolu

“Qələbə qazana bilməyəcəyimiz ağlıma gəlmədi” – “Turan Tovuz”un legioneri

“Turan Tovuz”un futbolçusu Piruz Marakvelidze İdmanxeber.az saytına müsahibəsi.

– “Sabah”a qarşı çox önəmli qələbə qazandınız…

– Bizim üçün bütün qələbələr önəmlidir. Bu  oyun da onlardan biridir. Biz meydana həmişə qələbə üçün çıxırıq. Bu qələbəyə də digərləri qədər sevinirik.

– “Sabah”ı bu mövsüm yalnız “Qarabağ” məğlub ede bilmişdi. İkinci klub siz oldunuz…

– Məncə, bu gün biz daha yaxşı idik və bu qələbəyə layiq idik. Amma “Sabah” çox yaxşı komandadır.

– Belə bir qələbəni gözləyirdiniz?

– Əlbəttə, gözləyirik. Tək bu gün yox, hər dəfə meydana çıxanda qələbə barədə düşünürük.

Ayxan Hüseynov penaltidən yararlana bilməyəndə qələbəni əldən verəcəyinizi düşündün?

– Açığı, qələbə qazana bilməyəcəyimiz ağlıma gəlmədi. Çünki məncə, oyuna biz nəzarət edirdik.

– Həmin epizodda “Sabah” tərəfi iddia edir ki, penalti yox idi..

– Top ələ dəydiyi üçün penalti təyin olundu və doğru qərar idi.

– Oyundan əvəzlənən zaman narazı görünürdün…

– Bəli, düz deyirsiniz. Ancaq bu o demək deyil  ki, məndən sonra zəif oynayacağımızı düşündüm. Sadəcə daha çox oynamaq və komandanın uğurunda pay sahibi olmaq istəyirdim.

Xəyal Hüseynov 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43