Dünya futbolu

Slotun “Liverpul”da ilk transferi həmyerlisi ola bilər

“Liverpul” “Atalanta”da çıxış edən Teun Kopmeynersi transfer etmək istəyir.

İdmanxeber.az “Daily Mail” nəşrinə əsasən məlumat verir ki, Mersisayd klubunun yeni baş məşqçisi olacağı gözlənilən Arne Slotun ilk transferi Kopmeyners olacaq. Niderlandlı mütəxəssis həmyerlisini sərəncamında görməyi çox istəyir.

Xatırladaq ki, 26 yaşlı oyunçu daha öncə Slotun rəhbərliyi altında çıxış edib. Onlar 2019-20 mövsümündə bir yerdə “Alkmaar”da olublar. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43