23 Dekabr 2024
Dünya futbolu

“Messi iki Maradonaya bərabərdir” – sabiq “Barselona”lı

“Barselona”nın sabiq futbolçusu Françisko Karrasko Lionel Mesinin ən yaxşı futbolçu seçilməsinə münasibət bildirib.

İdmanxeber.az-ın məlumatına görə, İspaniya millisini sabiq üzvü argentinalı barədə xoş sözlər söyləyib. O, Mesinin bu ada layiq olduğunu bildirib:

“O, bütün döyüşləri qazandı, önündəki dənizləri açdı. Meksika ilə oyunda bütün dünya ona təzyiq edirdi. Onun dünya çempionatını qazana bilməcəyini deyirdi. Ancaq Messi həmin görüşdə hesabı açanda sanki göyü, səmanı, bütün futbolsevərləri qucaqladı.

Əfsanəvi Dieqo Armando ilə oynayan bir insan kimi deyə bilərəm ki, Messi iki Maradonaya bərabərdir. O, çox yaxşı futbolçudur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43