Dünya futbolu

“Real”, yoxsa PSJ? – hansı qalib gələcək?

“Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya Avropanın nəhəng klublarının diqqətindədir.

İdmanxeber.az-ın məlumatına görə, “Real” və PSJ oyunçu ilə yaxından maraqlanır. Onlar bir neçə dəfə A Seriyası klubu ilə təmasa da keçiblər.

“Napoli”nin gürcüstanlı futbolçunu satmağa niyyəti yoxdur. Ancaq yerli mətbuat yazır ki, Xviça üçün gələn təklifdən çox şey asılıdır.

Madrid təmsilçisi və Paris klubu ilkin olaraq 50 milyon funt sterlinq təklif etməyə hazırlaşırlar.

Futbolçunun agentinin daim böyük klublarla əlaqədə olduğu bildirilir. Xviçanın yayda “Napoli”də saxlamağın çətin olacağı da xəbərdə vurğulanıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43